Ermənilərin virtual hücumlarından qorunmaq üçün 3 QAYDA - Azərbaycanlı hakerdən MƏSLƏHƏT

Məlumdur ki, ermənilər son günlər sosial şəbəkələdə hərbi münaqişəyə öz "töhvələrini" qatmaq üçün "kreativ zərbə" üsullarından istifadə edir. Azərbaycanlıların şəxsi profillərini şikayət edir, yaxud da hansısa məlumatın oğurlanmasında təşəbbüskar çıxışlar edirlər.

Məlumdur ki, ermənilər son günlər sosial şəbəkələdə hərbi münaqişəyə öz "töhvələrini" qatmaq üçün "kreativ zərbə" üsullarından istifadə edir. Azərbaycanlıların şəxsi profillərini şikayət edir, yaxud da hansısa məlumatın oğurlanmasında təşəbbüskar çıxışlar edirlər.

Maraqlıdır, insanlar öz şəxsi məlumatlarının gizliliklərini təmin etmək üçün gələn kiber hücumlardan özlərini necə qoruya bilər? Yəni mobil telefon, bağlantı məkanları, veb saytlar, onlayn oyunlar, elektron poçtlar vasitəsilə gələn paylaşımların virtual hücumlarından özümüzü necə qorumalıyıq?

Olaylar.az xəbər verir ki, bununla bağlı Sonxeber.az- azərbaycanlı haker İntiqam İbrahimov danışıb:

"Kiber təhdidlərdən qorunmaq üçün əsas üç qayda var. Bütün proqramistlər, hakerlər bundan istifadə etməyi tövsiyə edir.

Bunlardan birincisi heç bir şəxsi məlumatın sosial şəbəkələrdə (Facebook, İnstaqam, Tik Tok) paylaşılmamasıdır. Məlumat deyərkən burada şəxsi telefon nömrəsi, e-mail ünvanı, şəxsiyyət vəsiqəsinin hansısa məlumatı və s. ola bilər. Bunlar birmənalı olaraq paylaşılmamalıdır.

Çoxları "Fəcebook"da öz telefon nömrəsini hər kəsə açıq qoyur. Yaxud da hansısa informasiyasını, məsələn ev ünvanının yerini hamının görməsi üçün açıq qoyur. Bunlar indiki vaxtda xüsusən gizli saxlanılmalıdır.

İkincisi e-mail, yəni elektron poçt qutusuna gələn şübhəli məktublardır. Buna Spam deyilir. Heç bir yerdən tələb etmədiyin təqdirdə sənin ünvanına gəlir. Bu vasitə ilə hansısa iş təklifi, proqram yeniləməsi ola bilər. Hətta ayın reklamı da ola bilər. Bu zaman "xahiş olunur ki, linkə vurun keçin məlumat əldə edin, filan qədər pul qazanmısınız" və s. kimi məlumatlar gəlir. Gələn vəb səhifələrin linklərinə, ünvanlara qəti keçid etmək olmaz.

Üçüncü əsas şərtlərdən biri yoxlanılmış, etibarlı mənbələrdən proqram yüklənilməsidir. Etibarlı olmayan mənbədən heç bir şəkil, fayıl yükləmək olmaz. Bu üç qaydaya hər kəs riayiət etsə, heç kimin kompyuterinə nə virus düşə bilər, nə də şəxsi məlumatları kiminsə əlinə keçə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31