Akademik Nadir Seyidovun 80 yaşı tamam olur

Aprelin 28-də kimya elmləri sahəsində görkəmli alim, AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın həqiqi üzvü Nadir Seidovun 80 yaşı tamam olur.  AMEA mətbuat xidmətinin məlumatına görə, Nadir Seyidov 1932-ci il aprelin 28-də Naxçıvan şəhərində anadan olub. Polimerlər kimyası və neft kimyası sahəsində görkəmli alim N.Seidovun bu sahələrin inkişaf etdirilməsində böyük xidmətləri var. Onun metalüzvi katalizatorların iştirakı ilə olefinlər əsasında, yeni sintetik kauçukların alınması sahəsində apardığı fundamental tədqiqatlar keçmiş sovetlər məkanında mühüm tədqiqatlar kimi qəbul edilib və yüksək qiymətləndirilib.
N.M.Seidovun elmi fəaliyyəti 4 monoqrafiyada, 300-dən çox elmi əsərlərdə, o cümlədən 100-dən çox müəllif şəhadətnaməsində, 20 xarici ölkənin patentlərində öz əksini tapıb. Onun rəhbərliyi ilə 40-dan çox fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31