Azərbaycanda kitab mədəniyyəti hər zaman dövlət siyasətinin mərkəzində olub- ÖZƏL

"Kitab bəşəriyyətin yaddaşı və düşüncə xəzinəsidir. Filosof Fransis Bekon söyləyirdi ki, bəzi kitablar dadına baxılmaq, bəziləri udulmaq, az qismi isə çeynənib həzm olunmaq üçündür. Elm adamı Albert Eynşteyn isə qeyd edirdi ki, öyrənmək üçün kitabların işığına möhtacam. Nobel mükafatı laureatı Hermann Hesse yazırdı ki, dünyanın heç bir kitabı sizə xoşbəxtlik gətirə bilməz, lakin kitablar gizlicə sizi özünüzə qovuşdurar. Hər bir kitab təfəkkür sərhədlərini genişləndirir və cəmiyyətin tərəqqisinə təməl qoyur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib:  

"Azərbaycanda kitab mədəniyyəti hər zaman dövlət siyasətinin mərkəzində olub. Ümummilli Lider Heydər Əliyevin və Heydər Əliyev Fondunun fəaliyyəti bunun bariz nümunəsidir.
Sovet illərində milli dəyərlərin qorunması məqsədilə yalnız 1976-1980-ci illərdə respublika üzrə 415 kitabxana binası tikilib istifadəyə verilib. Kütləvi kitabxanalarda oxucuların sayı 3,2 milyon nəfərə çatıb və klassiklərin əsərləri kütləvi tirajlarla nəşr olunub. Müstəqillik illərində Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Kitabxana işi haqqında qanun qəbul edilib. O Axundov adına  kitabxanaya səfəri zamanı şəxsi kitabxanasından 300-ə yaxın nadir kitab hədiyyə edib.

Heydər Əliyev Fondunun rəhbərliyi ilə Qarabağ həqiqətləri və Əbədi imzalar kimi fundamental toplular işıq üzü görüb. Fond 86 min nüsxə fondu olan Mərdəkan kütləvi kitabxanasını yenidən qurub. 2018-ci il sentyabrın 1-də açılan Bakı Kitab Mərkəzi paytaxtın əsas mədəniyyət ocağına çevrilib. Eyni zamanda dəyərli nəşrləri yaşadan bukinistlər kitab mədəniyyətinin canlı yaddaşı olaraq mütaliəyə xüsusi ruh qatır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31