XAQANİ ŞİRVANİNİN 900 İLLİYİ: MİLLİ MƏNƏVİ İRSİN DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏSDİQİ
21:56 Sosial2026-cı ildə Azərbaycan ədəbiyyatı və ümumilikdə milli mədəniyyət tarixi üçün mühüm hadisə baş verir: XII əsr Şərq poeziyasının ən böyük nümayəndələrindən biri olan Xaqani Şirvaninin anadan olmasının 900 illiyi Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncam bu yubileyi sırf xatirə xarakterli tədbir yox, milli mədəniyyət siyasətinin strateji aktı səviyyəsinə qaldırır.
Bu yubileyin elmi, ideoloji və mədəni əhəmiyyəti bir neçə əsas məsələ ətrafında cəmləşir:
Xaqani Şirvaninin Azərbaycan ədəbi-mədəni mühitinə mənsubluğunun elmi əsaslandırılması, orta əsr ədəbi irsinin milli identifikasiya problemi,
mədəni mənimsəmə (appropriasiya) fenomeninə qarşı elmi və institusional mövqe və klassik irsin müasir dövrdə mədəni suverenlik kontekstində təqdimatı.
I. Xaqani Şirvani və XII əsr Azərbaycan mədəni mühiti
1. Tarixi-coğrafi kontekst
Xaqani Şirvani XII əsrdə Şirvan bölgəsində doğulmuş və fəaliyyət göstərmişdir. Bu dövrdə Şirvan: siyasi baxımdan müstəqil, iqtisadi cəhətdən güclü, mədəni baxımdan yüksək inkişaf etmiş bir mərkəz idi. Şairin fəaliyyəti Şirvanşahlar dövlətinin saray mühiti pilə sıx bağlı olmuşdur. Bu fakt təkcə bioqrafik detal deyil, onun yaradıcılığının ideoloji və estetik mahiyyətini anlamaq üçün əsas açarlardan biridir.
2. Şirvan ədəbi məktəbi
Xaqani Şirvani Şirvan ədəbi məktəbinin zirvə nümayəndəsidir. Bu məktəb: yüksək poetik intellekt, fəlsəfi düşüncə, ictimai tənqid, dini-etik problematika ilə seçilirdi. Xaqani bu məktəbin ən kamil formalaşmış ifadəçisi olmuşdur.
II. Dil məsələsi və milli mənsubiyyət problemi
1. Orta əsr ədəbiyyatında dilin funksiyası
Xaqani Şirvani əsasən fars dilində yazmışdır. Lakin elmi metodologiyada artıq qəbul edilmiş həqiqətdir ki: orta əsrlərdə yazı dili etnik və milli kimliyi birbaşa müəyyən edən meyar deyildi. Fars dili həmin dövrdə: beynəlxalq ədəbiyyat dili, saray və elm dili, regionlararası ünsiyyət vasitəsi idi.
Bu baxımdan: fars dilində yazmaq fars etnik-milli mənsubiyyəti demək deyil. Yazı dili mədəni kimlik göstəricisi deyil. Bu, klassik filologiyanın əsas prinsiplərindən biridir.
2. Xaqaninin mədəni identifikasiyası
Xaqani Şirvaninin milli-mədəni kimliyi aşağıdakı amillərlə müəyyən olunur: doğulduğu coğrafiya (Şirvan), yetişdiyi siyasi mühit (Şirvanşahlar dövləti)
daxil olduğu mədəni sistem(Azərbaycan-Türk-İslam mədəniyyəti), ideoloji mövqeyi və sosial tənqidi.q
Bu meyarlar əsasında Xaqani Azərbaycan ədəbiyyatının klassik nümayəndəsidir.
III. Mədəni mənimsəmə problemi: elmi və ideoloji aspekt
1. Mənimsəmə fenomeninin mahiyyəti
Mədəni mənimsəmə adətən aşağıdakı hallarda baş verir:
-irs sahibi olan xalq passiv mövqe tutur,
-elmi tədqiqatlar zəif aparılır,
-beynəlxalq təqdimat yoxdur,
-tərcümə və nəşr siyasəti formalaşmayıb.
Bu halda başqa mədəni mərkəzlər həmin irsi öz elmi diskurslarına daxil edirlər.
2. Xaqani nümunəsində mənimsəmə riski
Xaqani Şirvani də uzun müddət: yalnız farsdilli poeziya kontekstində, milli mənsubiyyətindən ayrılmış şəkildə, Azərbaycan mədəni mühitindən qoparılaraq təqdim olunmuşdur. Bu isə tarixi-mədəni reallığın təhrifidir.
Əgər Azərbaycan: Xaqani irsini sistemli şəkildə tədqiq etməsə,bakademik diskursda mövqeyini gücləndirməsə, beynəlxalq platformalarda təqdim etməsə bu irs başqalarının mədəni kapitalına çevrilə bilər.
IV. Prezident sərəncamının strateji mahiyyəti
Prezidentin Xaqani Şirvaninin 900 illiyi ilə bağlı sərəncamı bir neçə səviyyədə qiymətləndirilməlidir:
1. Elmi legitimlik
Dövlət səviyyəsində yubileyin təsdiqi Xaqaninin Azərbaycan mədəniyyətinə mənsubluğunun rəsmi və institusional tanınmasıdır.
2. Mədəni suverenlik
Bu sərəncam Azərbaycan dövlətinin:
klassik irs üzərində intellektual suverenliyini,
mədəni təhlükəsizlik anlayışını,
tarixi narrativini qorumaq iradəsini göstərir.
3. Beynəlxalq mədəni diplomatiya
Yubileydə: beynəlxalq konfranslar, tərcümə layihələri, UNESCO tipli platformalar üçün elmi əsas yaradır.
V. Xaqani irsinin müasir dövrdə aktuallığı
Xaqani avtoritar düşüncəyə qarşı tənqidi mövqe tutmuş, saray riyakarlığını ifşa etmiş, insan azadlığını və ləyaqətini müdafiə etmişdir. Bu xüsusiyyətlər onu sadəcə klassik deyil, zamanüstü mütəfəkkirə çevirir.
Onun poeziyası müasir humanitar elmlər, ideologiya nəzəriyyəsi və mədəni tənqid üçün aktual mənbədir.
Nəticə olaraq deyim ki; Xaqani Şirvaninin 900 illiyi: Azərbaycan klassik irsinin bərpası, milli mədəni yaddaşın möhkəmləndirilməsi, elmi və ideoloji mövqenin gücləndirilməsi aktıdır. Bu yubileyin keçirilməsi sübut edir ki: Xaqani Şirvani fars mədəniyyətinin yox, Azərbaycan mədəniyyət mətbəxinin məhsuludur. Xaqani kimi klassiklər məhz bu boşluqlarda "yer dəyişir". Əgər sən öz klassikini dünya miqyasında təqdim etmirsənsə, onun kimliyini başqası müəyyən edir.
Bu, emosional məsələ deyil. Bu, mədəni güc balansıdır.
Ona sahib çıxmaq təkcə ədəbiyyat məsələsi deyil - bu, milli varlıq məsələsidir.
Sayman Aruz