Buzovna komandası finalda

Bələdiyyə komandaları arasında Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş futbol turniri davam edir.
Xəbər verildiyi kimi Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər rayon Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş futbol üzrə bələdiyyə komandaları arasında turnir start götürüb. 2 may tarixində Buzovna qəsəbə stadionunda keçirilən turnirin ilk oyununda "Buzovna bələdiyyəsi" komandası 1-0 hesabı ilə "Şüvəlan bələdiyyəsi"nə qalib gəlib. 3 may tarixində keçirilən növbəti oyunda "Buzovna bələdiyyəsi" və "Zirə bələdiyyəsi" komandaları üz-üzə gəlib.
Oyun buzovnalıların 4-0 hesablı qələbəsi ilə başa çatıb. Buzovnalılar Zirə komandası üzərində inamlı qələbədən sonra final mərhələsinə vəsiqə qazanıb. Komanda 1/4-də isə "Şüvəlan bələdiyyəsi"nə qalib gəlib. 
Mayın 8-də "Buzovna bələdiyyəsi" və "Binə bələdiyyəsi" komandaları arasında final oyunu keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31