“ABAD” və Mərakeşin “Sənətkarlar Evi” arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Mərakeş Krallığının Turizm, Sənətkarlıq və Sosial İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Sənətkarlar Evi" ("Maison de l'Artisan") qurumunun baş direktoru Tarik Sadiqlə görüşüb.

Görüşdə qonağa Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən "ABAD" publik hüquqi şəxsin fəaliyyəti barədə təqdimat edilib.

Tərəflər arasında keçirilən görüş çərçivəsində "ABAD" ilə Mərakeşin "Sənətkarlar Evi" qurumu arasında əl sənətkarlığı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Qonaq, həmçinin İçərişəhərdə yerləşən "ABAD" etno-butiki ilə yaxından tanış olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31