Arçutun “Ziyalılar konsepsiyası”
13 İyun 12:28 SosialZiyalının çiyinlərində maarifləndirmək yükü var, onu daşımaq və gələcək nəslin çiyinlərinə qoymaq lazımdır. Bu, zərurətdən və bəşəri öhdəlikdən irəli gəlir. İrs sələflik və xələflik prinsipləri ilə yaşayır, canlanır, hafizələrdə, düşüncələrdə aktivləşir. İrsin ötürülməsindən əldə olunan nətiəclər sayəsində şəxsiyyət bitkinləşir, yetkinləşir, təkmilləşir. Ötürmə yolu ilə yaşadanlar yaşadanları əvəzləyir. Şəxsiyyətlərin ardıcıl qaydada yetişməsi prosesləri baş verir. Maddi və mənəvi irsin faydaları çoxrdur və o, tanıtım vəzifəsini yerinə yetirir. İrsi ötürmə və əvəzləmə ilə dəyərlər daşınır və yaşayır. İrs həm də yaddaşların ötürülməsini, canlanmasını, yenilənməsini təmin edir. İrs ötürülür, yaddaş daşıyıcıları dəyərləri xətt boyunca yaşadırlar. Maddi və mənəvi irsin tarixi meydana gəlir. Məsələn, Arçut (Ardıc) kəndi XX əsr boyu Ermənistan mətbuatının diqqət və nəzərində olub. Arçut kəndi predmet və obyekt rolunu oynayıb. İndi o məlumatlar tarixi irsin daşıyıcılarıdır. Hadisələri canlandırır, tarixi faktları indiki nəsil üçün dəyərli mənbəyə çevirir. Vaxtilə Arçut haqqında mətbuat nümayəndələri zəngin informativ irs yaradıblar. Onlar kəndin maddi-mənəvi varlığını qoruyublar və bugünkü nəsil üçün miras qoyublar. Artıq o irs bir bazadır və faydalandırıcı funksiyanı özündə ifadə edir.
Ziyalının düşüncələri daim istiqamətverici və təsirləndirici, yönləndirici olmalıdır. Ziyalılıq liderlik keyfiyyətlərini özündə daşımalıdır. İnsanları, cəmiyyəti, toplumu öz arxasınca aparmağı bacarmalıdır. O, öz yaradıcılığı və quruculuğu ilə mədəniyyətin, ədəbiyyatın, incəsənətin inkişafına çalışmalıdır. Müsbət hal ondan ibarətdir ki, Arçutun ziyalıları bu gün çoxluq təşkil edir və kəndin sosial-mədəni inkişafının məsuliyyətini öz çiyinlərində daşıyırlar. Ziyalı cəmiyyətdəki prosesləri dərindən dərk edərək elə nəticələr çıxarmalıdır ki, bu nəticələr yön verə bilsin. Axarı istiqamətləndirə bilsin. Bu proseslər maarifləndirici aktların məcmusudur. Axar elə biliklər, faydalı məlumatlar toplusudur. Tplu özündə təsirləri daşıyan enerjidir.
Ziyalılığın bir məxsusi əlaməti də var ki, onun özünəxas xarakteri davranışı var. Hansı ki, bu davranışda zənginlik mövcuddur. Aktiv elementlərin sayı çoxluq təşkil etməkdədir. Ziyalılıq məcazi mənada ifadə etsək, piramidanın bütün mərhələlərini əhatə etməlidir. Ziyalılıqda xarakter tələbkarlıqdan, həlimlikdən, nəzakətdən, mətinlikdən, mübarizlikdən ibarət olmalıdır. Prinsipial məsələlərdə dönməzlik, iradə möhkəmliyi və əzmkarlıq şərtdir. Səbir, dözüm, xoş xasiyyət, liberallıq, analitik düşüncələr ziyalının əsas xassəsidir. Məşğuliyyət, çalışqanlıq, axtarışlar aparmaq, tapdığını bölüşmək, paylamaq, fikir zənginliyi yaratmaq, mövqelər sistemini formalaşdırmaq ziyalılığın təbii xassəsidir. O, münasibətlərdə müstəvinin, piramidanın bütün mərhələlərində davranış kodeksini layiqincə, yetərincə formalaşdırmaq funksiyasını yerinə yetirə bilir. Ziyalılıq çalşqanlıqdır, tşəbbüskarlıq xassəsini özündə ehtiva edən bir keytfiyyətdir, əmsaldır, ölçüdür, etalondur. Ziyalı görüşü, baxışları, addımları, əməlləri daim təsiredici olur, Faktlara yön verir. Ziyalılqda mənlik var. Bu mənlik onun vəzifə borcundan, məsuliyyətdən irəli gəlir. Ziyalılıq xarakteri doğmalaşdırmaq funksiyasını yerinə yetirir.
Oxumaq, bilik qazanmaq yaxşı bir vərdişdir, gözəl bir əməldir. Zehnin fiziki məşğuliyyətidir, ruh rahatlığıdır. Həm də yüksək idrak hesabına daxilən təmizlənmədir. Bilikləri qazanmaq, paylamaq, ötürmək gözəl bir dəyərdir, ənənədir. Dərketmənin ardıcıllığını təmin edir. Müsbət xarakterdir və insani keyfiyyətdir. Cəmiyyətin xeyrinə olandır. Çünki cəmiyyətə mənalar qatır. Cəmiyyətin xeyrinə olan hadisələr, şeylər, nəsnələr bəşəridir. Ziyalının funksiyası cəmiyyəti mənən sağlam yaşatmaqdan ibarətdir. Tənəzzülün, sosial aşınmanın qabağını almaq şərtdir. Bu yöndə tarazlı, avanqard, harmonik ideyalarla çıxış etmək vacibdir. Cəmiyyətdəki ideyalar cəmiyyət düşüncəsinin şəbəkəsini təşkil edir. Ziyalı islahedici şəxsdir. Bilik qazanmaq yolu ilə öz şəxsiyyətini təkmilləşdirir.
Bilik qazanmaq və qazanılmış bilikləri ötürmək, həyatı, prosesləri kollektiv dərk etmək Allahdan gələn fitrətdir, istedaddır, qabiliyyətdir. Hər bir kəs öz biliyini, Allahın ona bəxş etdiyini ötürməkdə borcludur. Bəşəri vəzifədir. Maarifçiliyi yaymaq müqəddəs bir missiyadır. Akt xeyirdir, fəzilətli addımdır. Biliyi öyrəttməklə, paylaşmaqla cəmiyyətin tarazlı ruhu formalaşmış olur. Biliklərin paylanılması universal yanaşmanı, dərketməni və universal əlaqələri özündə ehtiva edir. Biliklərin ötütürlməsi yaylı, harmonik qavrayışın əsaslarını özündə ehtiva edir.
İnsan xaraktercə öyrənən və öyrədəndir. Bu yöndə insanın təbii xislətindən biri də tələbə, şagird və öyrədən, müəllim olmaqdan ibarətdir. İnsan öyrəndikcə uzaq məsafələri daha çox özünə yaxın edir. Bilik doğmalıq gətirir, ayırd edir, prosesləri seçir, təsnifatını yaradır. Eyniliklər, paralelliklər, fərqliliklər, müxtəlifliklər məhz biliklərdən, məlumatlardan ayırd edilir. İnsan seçimi bilik sayəsində əldə edir. Ziyalı öz biliyini paylaşdıqca, öyrətdikcə doğmalıq yaradır. Çünki həmin biliklər ətrafında birləşmə, koordinasiya meydana gəlmiş olur.
Azərbaycanımızın digər bölgələri ilə yanaşı, Qərbi Azərbaycan da ziyalılar bölgəsi, maarifpərvər şəxsiyyətlər, maarifçilər və aydınlar diyarıdır. Qərbi Azərbaycanda maarifçilər dalğası hər zaman mövcud olmuşdur və bu gün də öz mövcudluğunu qoruyub saxlamaqdadır. Qərbi Azərbaycanda alimlər, ədiblər, filosoflar, elmi tədiqatçılar, jurnalistlər, ədəbiyyatşünaslar və digər ixtisas sahibləri üstünlük təşkil etməkdədir. Böyük bir ziyalı, yol göstərən, məsləhət verən, tövsiyyələr edən ordu mövcuddur. İxtisasların öyrənilməsi, öyrədilməsindən ibarət olan maarifçilik, bilik qazanmaq, bilik ötürmək, bilik təqdim etmək daimi prinsip olmuşdur. Ziyalılar bu kimi keyfiyyətləri özündə daşımışdır. Bütün əmək fəaliyyəti qazancları paylamaqdan ibarət idi. Ziyalılıq ideologiya yaratmaq, inkişaf etdirmək və insanları ideologiya ətrafında birləşdirmək məqsədini və vəzifəsini daşıyırdı. Ziyalılığın başlıca amalı vahid ideyalarla, həm də şaxələnmiş, törəmə ideyalarla yaşamaqdan, yaşatmaqdan ibarət idi.
Ziyalılıq bir məqam olaraq şəxsiyyətin yüksək mərhələsidir, təkmilləşmiş nümunəsidir, əsil şəxsiyyətin özüdür. Özündə sadəliyi əks etdirən mürəkkəb, zəngin şəxsiyyətlilikdir. Ziyalılıq kamala yetişməkdir. Maariflənmək prosesidir. Keyfiyyətli, təsiredici, dəyişdirici biliklərin əldə olunması və ötürülməsidir. Ziyalılıq pozitiv biliklərin əldə olunmasıdır və qazanılmasıdır. Ziyalılıq bir incidir, dəyərdir. Ondan faydalanan xeyir tapır, çünki faydalı elementləri özündə əks etdirir.Ziyalılıq aydınlatmaqdır. Hadisələri gerçəkliyi ilə qabartmaqdır. Hadisələrin görünməyən tərəflərini açaraq başqalarına təqdim etməkdir. Bu yolla da ətrafı özünə cəlb və cəzb etməkdir. Mühüm funksiya həm də zahiri müəyyən etməkdir. Obyekti çılpaqlığı ilə göstərməkdir. Ziyalılıq qaranlıqların işıqlandırılması, nurlandırılmasıdır. Qaranlıq yollara çıraq salmaqdır. Məcazi mənada ifadə etsək, yol göstərən işıqfordur, gəmilərə yön verən mayakdır. Ziyalılıq elə bir zirvədir, elə bir keyfiyyətdir ki, öz ali məqamında dərketmənin incə və dərin xassəsidir. Burada artıq ziyalılıqda dərketmə ilə əxlaq (etika və estetika) birləşir və həmahəng olaraq bir-birini tamamlayır. Ziyalılıq yüksək davranış modelidir. Davranışı biliklərlə uzlaşdırır, harmoniya yaradır. Ziyalılıq mənəvi həyatın tərkibidir. İnsan davranışını özündə əks etdirir. Mədəniyyət, bu baxımdan nəzakət, xoş ünsiyyət, mülayimlik, həlimlik ziyalılığın tərkibidir. Ziyalılıq maariflənmənin, dünyagörüşünə nail olmağın əsasıdır. Ziyalı yaradıcı və qurucudur. İçində zəngin fəlsəfəni daşıyır. Baxışları alidir, həm də ucadadır, sadədir. Ziyalılıq mürəkkəblikləri özündə yumşaq formada yaşadan sadəlikləri ehtiva edir. Ziyalılıq həm də ünsiyyətdə, davranışda xoş yanaşma metodur, bir kriteriyadır. Ziyalılıq şəxsiyyətin dərinləşməsi, təkmilləşməsi şərtlərini özündə əks etdirən bir dəyərdir. Ziyalılıq özündə istedadı, bilik və bacarığı, qabiliyyəti birləşdirən dəyər məcmusudur.
Qərbi Azərbaycanın tarixi Pənbək mahalının Arçut (Ardıc) kəndi ziyalılar məskənidir. Kəndin savad və bilik qazanmış, dünyagörüşü zəngin olan şəxslərinin sayı çoxdur. Bu şəxslər daimi olaraq kənd əhalisinin savadla təmin olunmasında iştirak etmişlər. Arçut ziyalıları tarixin bütün məqamlarında özlərinin aydınalşdırmaq funksiyalarını ləyaqətlə yerinə yetirmişlər. Ən çətin məqamlarda belə yol göstərib liderlik funksiyasını həyata keçiriblər. Bu aspektdə ziyalılıq, daxili zənginlik imkan verir ki, şəxs yetişib lider olsun. Cəmiyyətin fikir və əməl axarlarını bir mərkəzdə cəmləşdirsin.
Arçut ziyalılarının mövcud konsepsiyası, yəni ideyalar, təkliflər və təşəbbüslər toplusu, aktların nəzəri əsaslarının məcmusu çox dərindir, zəngindir. Yaxın və uzaq hədəfləri özündə daşıyır. Eləcə də özündə cəmiyyətin, həyatın sahələrinə dair fikirləri, baxışları, mövqeləri, tövsiyə və məsləhətləri, həmçinin prinsipləri əks etdirir. Arçut ziyalılarının məqsəd və vəzifələri, istək və amalları onların konsepsiyalarında əksini tapır. Arzu və amallar ziyalılar konsepsiyasının məğzini, başlıca qayəsini təşkil edir. Ziyalıların, geniş və dərin düşüncə sahiblərinin amalları çoxsahəlidir. Belə ki, kəndin tarixini, mədəniyyətini, sosial həyatını, gənclərin nailiyyətlərini müzakirə etmək, icra üçün başlıca qərarlar qəbul etmək mühüm şərtdir, prinsipdir, fəaliyyətdir. Ziyalıların başlıca məqsədi kəndi şərəflə yaşatmaq, sağlam irsini qorumaq və onu ləyaqətlə gələcək nəsillərə ötürməkdir. Arçut kəndindən zəngin bir irs qalıb. Bu irsi daha da zəngin etmək və gələcək nəsillərə ötürmək bir şərəf işidir. Həm də ciddi məsuliyyət tələb edir. Konsepsiyada isri qorumağın əsasları, yolları əksini tapır. Arçut ziyalılarının konsepsiyasının qayəsi, məğzi həm də ondan ibarətdir ki, bu ideyalar cəmi özülüyndə prinsipiallığı, qanunauyğunluğu əks etdirir. Strateji və taktiki addımları müəyyən edir. Konsepsiya kəndin yaradıcılığını və quruculuğunu özündə ifadə edən nəzəri əsasları birləşdirir.
Konsepsiya, ideologiya tərəqqiyə, oyanışa, dirçəlişə, həmrəyliyə, həmçinin özünüdərkə, özünüsübuta və özünütəsdiqə xidmət edir. Konsepsiya "Arçut kimdir", "Arçutun toponimi hansı sözə söykənir", "Arçutlular kimdir" kimi anlayışları, məfhumları özündə ehtiva edir.
Arçut ziyalılarının konsepsiyası strategiya və doktrina mahiyyətlidir və özündə mühüm addımları ehtiva edir. Konsepsiyanın nəzəri müddəaları tezislərdən ibarətdir. Özündə məqsədləri və məqsədlərə çatmaq üçün vəzifələri daşıyır. Məqsəd təyinedici, müəyyənedici müddəalardan, vəzifə isə həyata keçirən taktiki əsaslardan, elementlərdən ibarətdir. Arçut ziyalılarının konsepsiyasının nəzəri əsaslarını (məqsəd və vəzifələri birgə müəyyən etməklə, özündə cəmləşdirməklə) müddəalarla bu şəkildə ümumiləşdirmək olar:
-Arçutun tarixini araşdırmaq və sakinlərə, cəmiyyətə və bütün dünyaya çatdırmaq. Bununla da sakinlərin keçmişini onlara dərk etdirmək;
-qürbətdə, işğalda qalan kəndin sosial, mədəni və tarixi statusunu müəyyən etmək və araşdırma, tədqiqat yolu ilə kəndin ictimai, sosial və mədəni şəxsiyyətini təsdiq etmək;
-kəndin vətənpərvərlik tarixini araşdırmaq və bu barədə kitab, məqalə yazmaq, sosial şəbəkələrdə, internet portallarında təbliğ və təşviq etmək;
-Arçutun miqrasiya proseslərini araşdırmaq, etnik kökənliyin qədim izlərini tapmaq. Kəndə ilk məskunlaşma tarixini tapmaq;
-kəndin köç dalğalarını müəyyən etmək, miqrasiya proseslərinin əsaslarını öyrənmək;
-Arçutun türkçülüyünün əsaslarını müəyyən etmək və Osmanlı imperiyası, Səlcuqlar və Səfəvilərlə bağlılığını araşdırmaq;
-kənd sakinlərinin regionun digər etnik qrupları ilə əlaqəsini müəyyən etmək və sosial münasibətlərin əsaslarını öyrənmək;
-Arçutun keçmişi, bu günü və gələcəyi arasında ideoloji bağlantılar yaratmaq, gələcəyə baxış inkişaf konsepsiyalarını işləyib hazırlamaq;
-kəndin şərəfli tarixi izini müəyyən etmək, qəhrəmanlıq mübarizəsi tarixini araşdırmaq;
-Arçutun regional tarixi müharibələrdə iştirakını araşdırmaq. Sakinlərin kəndi müdafiə etmələrini, qəhrəmanlıqları, şücaətlikləri, igidlikləri müəyyən etmək;
-kənd quruculuğunun əsaslarını öyrənmək və tarixini müəyyən etmək;
-Arçut gəncləri üçün məqsəd və vəzifələri özündə daşıyan konsepsiyalar, strategiya və doktrinalar işləyib hazırlamaq;
-keçən əsrlərdə gəncləri əhatə edən konsepsiyaların nədən ibarət olduğunu müəyyən etmək və mahiyyətini açıb indiki və gələcək nəsillərə ötürmək. Kəndin gənclik tarixini və əsaslarını müəyyən etmək;
-kəndin yerləşdiyi bölgənin tarixini həmahəng öyrənmək, tarixi və regional (Lori-Pəmbək bölgəsi) bağlılığı müəyyən etmək;
-kəndin bölgənin etnik mənsubiyyəti ilə bağlılığını müəyyən etmək, ətraf yaşayış məskənləri ilə qohumluq əlaqələrini araşdırmaq;
-kəndin bölgədə tarixi rolunu müəyyən etmək, fəaliyyəti araşdırıb cəmiyyətə, icmaya təqdim etmək;
-kəndin məxsusi mədəniyyət dərnəyini yaratmaq və yeni yaradıcılığı, quruculuğu təbliğ və təşviq etmək;
-kəndin bölgədə aparıcı rollardan birini oynamasının əsaslarını öyrənmək və cəmiyyətə çatdırmaq;
-kəndin təsərrüfatı barəsində biliklər əldə etmək və məşğuliyyəti dəyərləndirmək, tarixi proseslərə qiymət vermək;
-kəndin incəsənətini öyrənmək, tarixi bağlantı etmək, adət və ənənələri gələcəyə ötürmək;
-kəndin irsi dəyərlərinin tərkibi olan sakinlərinin xarakterini öyrənmək və indiki, eləcə də gələcək nəsillərə çatdırmaq;
-kəndin dəyərlərini Azərbaycana və dünyaya çatdırmaq;
-kəndin idmanda, elmdə və təhsildə, eləcə də mədəniyyət, ədəbiyyat sahələrində olan qazanclarını öyrənmək və nəsillərə təqdim etmək;
-kəndin ədəbiyyatını, o cümlədən folklorunu toplamaq və onu gələcək nəsillərə çatdırmaq;
-kəndin Mədəniyyət mərkəzini yaratmaq;
-kənd haqqında sənədli, bədii filmlər çəkmək, video çarxlar hazırlamaq;
-vaxtilə kənd haqqında hazırlanmış videoçarxları arxivlərdən əldə etmək və indiki və gələcək nəsillərə çatdırmaq;
-Arçut gənclərinin mövcud və gələcək statuslarının əsaslarını öyrənmək, həmçinin onların statuslarının yeni məğzini və mahiyyətini işləyib hazırlamaq;
-kəndin adət-ənənəsini yaşatmaq, eləcə də yeni elementlər qatmaqda ideyalarla çıxış etmək;
-kənd gənclərinin renovasiyaya əsaslanan ruhunu formalaşldırmaq;
-kənd ənənəsini gənclərə ötürmək və bununla da zaman bağlantısını təşkil etmək;
-kənd sakinlərinin Azərbaycanda statusunu möhkəmləndirmək və yerini, mövqeyini güclü etmək;
-kənd sakinlərini xalq və cəmiyyətin inkişafı uğrunda mübarizədə mətinli və dəyanətli etmək və yaxşı xidmətlərə səsləmək;
-kəndin avanqard gənclərinin fəaliyyətini stimullaşdırmaq və faydalı, yaxşı səmtlərə yönləndirmək;
-mövcud və gələcək nəsillərin bazasında yeni bir ziyalı nəsli yetişdirmək;
-Arçutu maarifçi, maarifpərvər, elmə, biliyə, savada üstünlük verən kənd kimi təqdim etmək və s.
Elşən Misir oğlu Nəsibov (Elşən Ardıc)
Siyasətşünas-alim, yazıçı-publisist
Qərbi Azərbaycan İcmasının üzvü, "ARDIC" Hərəkatının təsisçisi.
10.06.2025