Abid Tahirlinin yeni yaşına- Bir cümlə ilə portretə ştrixlər
15:36 SosialAbid Tahirlinin mühacirət mətbuatı və ədəbiyyatına dair monoqrafıyaları bu sahədə yaranmış böyük bir boşluqdan sonra ictimai fikrimizdə yeri olan əhəmiyyətli və sanballı tədqiqatlardır.
Xalq yazıçısı Elçin.
***
Maraqlı və təqdirəlayiqdir ki, A.Tahirli ilk dəfə İ.Qaspiralının irsini - onun publisistikasını və bədii əsərlərini qruplaşdırmış, mövzu, ideya baxımından təsnifatını aparmış, təhlil etmişdir.
Xalq yazıçısı Anar.
**
Abid Tahirlinin "C.Hacıbəylinin həyat və yaradıcılığı (mühacirətə qədərki dövr)" mövzusundakı dissertasiyası gənc tədqiqatçının uzun illərdən bəri apardığı elmi araşdırmaların, müəyyən qisminin ilk dəfə üzə çıxardığı və elm dövriyyəyə daxil etdiyi ilk mənbələrin, yasaqdan yeni çıxmış mətbu sənədlərin, arxiv materiallarının əsasında yazılmışdır.
Akademik Yaşar Qarayev.
****
A.Tahirli az qala bir əsrin hüdudlarında Azərbaycan mühacirət mətbuatının fəaliyyətində aparıcı yer tutan publisistikanı əsaslı surətdə, özü də istisnasız olaraq ilk mənbələr əsasında araşdırmaq kimi çox çətin bir işin altına girmiş və onun öhdəsindən uğurla gəlmişdir.
Akademik Bəkir Nəbiyev.
****
Abid Tahirli illərlə ömrünü-gününü kitabxanalarda, arxivlərdə keçirmiş, toz basmış kitabları, qəzet və jurnalları, vərəqələri, əlyazmaları əsl ziyalı qayğısı ilə oxumuş, tədqiqatçı sayğısı ilə araşdırmışdır.
Akademik Hüseyn Əhmədov.
****
Abid Tahirli çağdaş Azərbaycan mühacirət ədəbiyyatşünaslığının əsas yaradıcılarından biridir.
Akademik İsa Həbibbəyli.
****
Uzun illər bu sahənin, eyni zamanda öyrənilməsi və nəzəri məsələləri ilə məşğul olmuş Abid Tahirlinin "Azərbaycan mühacirləri (tarixi, mətbuatı, mədəniyyət mərkəzləri)" kitabı bunun bir faktıdır.
Akademik Tehran ƏLİŞANOĞLU.
****
Abid Tahirlinin ötən əsrin 80-ci illərinin sonundan araşdırmağa başladığı mühacirət problemi və xüsusilə mühacirət mətbuatı ilə bağlı tədqiqatları və nəhayət, "Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)" adlı monoqrafiyası, sanbalı, konseptuallığı ilə diqqəti çəkir.
Professor Xeyrulla Məmmədov.
****
Azərbaycan ziyalılarının milli istiqlal uğrunda mübarizə səhifələrini, istiqlal mücahidlərinin portretlərini, tale yollarını əks etdirmək baxımından Abid Tahirlinin kitabları böyük elmi, tarixi və ideoloji əhəmiyyətə malikdir.
Professor Nizaməddin ŞƏMSİZADƏ.
****
Abid Tahirli o şəxsiyyətlərdəndir ki, əqidəsi-amalı vətənə, yurda, haqq işinə xidmətin nümunəsi, ömür-gün həqiqətdir.
Professor Şamil VƏLİYEV.
***
Abid Tahirli "Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı (mühacirətə qədərki dövr)" mövzusunda dissertasiyasında materialları geniş analiz edib, maarifçiliyə aid yaxşı fikirlər var, nəticələri elmlidir, məntiqlidir.
Professor Ağarəfi ZEYNALOV.
****
Dissertant "Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı (mühacirətə qədərki dövr)" mövzusunda dissertasiyasında Ceyhun bəyin həyatı, dövrü və mühiti, ədibin publisistikasının başlıca problemləri, "Hacı Kərim" adlı povesti, hekayə və felyetonları barədə Azərbaycan ədəbi-ictimai fikrində ilk dəfə olaraq elmi araşdırmalar aparmışdır.
Filologiya elmləri doktoru İslam AĞAYEV.
****
"Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)" mövzusunda doktorluq dissertasiyasında diqqəti cəlb edən cəhətlərindən biri də Azərbaycan tarixinin, mədəniyyətinin ayrılmaz və tərkib hissəsi olan mühacirət irsinin obyektiv, qərəzsiz tədqiqi, real dəyərləndirilməsidir.
Professor Vaqif Arzumanlı.
****
Abid Tahirli mühacirət probleminin ilk tədqiqatçılarından olduğuna, problemi 1980-ci illərdən, yəni sovet dönəmlərindən izlədiyinə görə, bu sahədə müxtəlif istiqamətlərdə dərc olunan məqalələri, aparılan araşdırmaları obyektiv dəyərləndirə bilib.
Professor Xaləddin İbrahimli.
****
Elmi-nəzəri yeniliyi və praktik əhəmiyyəti ilə diqqəti cəlb edən "Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)" mövzusunda sanballı tədqiqat işi- doktorluq dissertasiyası ilə əlaqədar tələblərə tam cavab verir.
BDU-nun professoru Tofiq Hüseynoğlu.
****
Elmi ictimaiyyət Abid Tahirlini ciddi, sanballı tədqiqatçı kimi tanıyır. Onun "Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)" mövzusundakı dissertasiyası Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi Elmi Şurasının, mətbuat tarixi və ideoloji iş metodları, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedralarının 26 aprel 2005-ci il tarixdə keçirilmiş birgə iclasının qərar və tövsiyəsi ilə monoqrafiya şəklində nəşr olunmuş və sahənin tədqiqatçıları tərəfindən maraqla qarşılanmışdır.
Filologiya elmləri doktoru Aydın Dadaşov.
****
Abid Tahirli fikirlərində ardıcıl, qətiyyətli, məntiqlidir, faktları ümumiləşdirməyin, düzgün elmi-nəzəri qənaətlərə, nəticələrə gəlməyin ustasıdır.
BDU-nun Jurnalistika fakültəsinin dekanı, fil.e.n. Yalçın Əlizadə.
****
"Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)" mövzusun araşdırılması nəticəsində sovet rejimi və ideologiyasının səyi sayəsində diqqətdən kənar saxlanılan mühacirət problemi ilə bağlı bir sıra məsələlər, o cümlədən mücahidlərin istiqlal uğrunda ideoloji mübarizə yolu, onların həyat və düşüncə tərzi, bütün bunların salnaməsi sayılan mühacirət mətbuatının, obrazlı desək, tariximizin qaranlıq səhifələrindən birinin üzərinə işıq salınmışdır.
BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, professor Abdulla Abbasov.
****
Abid Tahirlinin dissertasiyasında diqqətimi daha çox çəkən mənbələrin, məxəzlərin zənginliyi, eyni zamanda tədqiqatçı tərəfindən onların uğurla ümumiləşdirilməsi, təsnif, təhlil edilməsidir.
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının
dosenti, fil.e.n. Akif Rüstəmov.
****
Fililogiya elmləri doktoru, prof. Abid Tahirlinin Azərbaycan mühacirət ədəbiyyatının, mühacirət mətbuatının araşdırılması istiqamətindəki elmi fəaliyyətindən, apardığı çoxşaxəli araşdırmalardan yazan alim və jurnalist həmkarların fikri bir nöqtədə tam üst-üstə düşür ki, A. Tahirli Azərbaycan ədəbiyyatşünaslığının mühacirət qolunun və mətbuatının özülünü, təməlini qoyanlardandır, külüng çalanlarındandır, prof. Xeyrulla Məmmədovun təbirincə desək, "bu sahənin lokomatividir".
Fil.ü.f.d. Esmira İsmayılova
****
Professor A.Tahirlinin araşdırmaları ciddi və ilkin mənbələrə əsaslandığından onun elmi əsərləri gələcək tədqiqatçılar üçün səhih mənbələr statusundadır.
Fil.ü.f.d. Şəfəq Nasir
****
Mühacirət mətbuatında publisistika nümunələrinin öyrənilməsi, həmin materialların mövzu, dil, üslub, sənətkarlıq baxımından təhlili bu, tamamilə yeni istiqamətdir və dərhal da əlavə etmək istərdim ki, Abid Tahirli qarşıya qoyduğu məqsədə tam nail olmuş, kamil, bitkin, elmi cəhətdən müasir tələblərə cavab verən dissertasiya yazmışdır.
BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müəllimi, t.e.n. İlham Mazanlı.
****
Mühacirət publisistikası ilə bağlı araşdırmalarını mən A.Tahirlinin növbəti, həm də uğurlu addımı hesab edirəm.
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, fil.e.n. Mahmud Mahmudov.
****
Bakı Dövlət Universitetinin dissertantı Abid Tahirli "Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)" mövzusunda doktorluq dissertasiyası üzərində çalışdığı illərdə tədqiqatı ilə bağlı xeyli məqalə və kitab çap etdirmişdir
Prof. Buludxan Xəlilov.
****
Abid Həmid oğlunun bu istiqamətdəki işi təkcə elmi-nəzəri baxımdan deyil, həm də milli jurnalistikamızın vətəndaşlıq ləyaqəti nöqteyi-nəzərindən də dəyərli, qiymətlidir.
Professor Himalay Qasımov.
****
Abid Tahirli ilk dəfə olaraq Azərbaycan mühacirət mətbuatında publisistikanın özünəməxsusluqlarını, mövzu və motivlərini bu günün gözü ilə görür və göstərir.
Professor Asəf Hacıyev.
****
"Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)" mövzusunda doktorluq dissertasiyasında diqqəti cəlb edən cəhətlərindən biri də mühacirət publisistikasında istiqlal hərəkatının tarixi-sosial və nəzəri-ideoloji problemlərinin milli dövlətçilik mövqeyindən qiymətləndirilməsidir.
Filologiya elmləri doktoru E.Quliyev.
****
Dissertasiya işinə edilən əlavələr, mətbuat səhifələrindən kəsimlər, faktik materiallar da bir daha sübut edir ki, A.Tahirli tədqiqatlarını birbaşa arxivlərdə, mətbuat saxlanclarında, kitabxanalarda aparmış, zəngin materiallar toplamışdır.
Dosent Ramin Əhmədov.
****
Sözün düzü, mühacirətlə bağlı bu qədər zəngin və maraqlı mənbənin Abid müəllimin necə əldə etdiyi məni heyrətləndirib.
Fil.e.d. Nazif Qəhrəmanlı.
****
Abid Tahirli mühacirət mövzusunu hamıdan yaxşı bilən adam kimi, qoy gənclərə də kömək etsin.
Fil.e.d. İsmayıl Vəliyev.
****
A.Tahirli İsmayıl bəy Qaspıralıya həsr etdiyi "Bütün türklərin tərcümanı" monoqrafiyası ilə təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının da pasibanı olmaq missiyasını daşımağa hazır və qadir olduğunu nümayiş etdirmişdir.
Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu.
****
Hər bir işin çəkisi, dəyəri onun tətbiqi, faydası ilə ölçülür, Abid müəllimin araşdırmaları artıq dərs vəsaiti kimi istifadə edilir, özünü təsdiq etmişdir.
Professor Vaqif Sultanlı.
****
Kitabları ilə tanış olduqca A.Tahirlinin onu maraqlandıran obyekti nə qədər dərindən və mükəmməl bildiyinin şahidi olursan.
Professor Nizami TAĞISOY
****
Tam əminliklə bildirirəm ki, XX əsr Azərbaycan mədəniyyət (ədəbiyyat, mətbuat) tarixini Abid Tahirlinin araşdırmalarına istinad etmədən yazmaq olmaz.
Professor Rüstəm Kamal.
****
Abid Tahirlinin qələmi simalı, məsləkli qələmdir, o dünən də belə idi, bu gün də belədir, əminəm ki, sabah da belə olacaqdır.
Professor Məhərrəm QASIMLI.
****
Tanınmış tədqiqatçı-alim Abid Tahirlinin Azərbaycan mühacirət mətbuatı sahəsindəki çoxillik səmərəli və məqsədyönlü fəaliyyəti, sanballı tədqiqat əsərləri humanitar elmimizin inkişafında, elmi-mədəni dəyərlərimizin zənginləşməsində ciddi rol oynayır və mühüm əhəmiyyət kəsb edir.
Professor Asif Rüstəmli.
****
Kıymetli araştırmacı Abid Tahirli Azerbaycan muhaceret mirasına dair ilmi çalışmalar kibi mühim konuya kendisini vakfetmiş, muhacir aydınların zorlu hayatlarının ve mirasının peşine düşmüş bir ilim adamıdır, bu bakımdan ilmi hizmetleri takdire şayandır.
Prof. Dr. Alâattin KARAСА
****
Zənnimcə, təmiz ad və ləkəsiz vicdan Abidin bu həyatda qazandığı ən böyük mükafatdır,... Azərbaycan mühacirətşünaslığındakı xidmətləri ayrıca bir araşdırmanın mövzusudur.
Dövlət mükafatı laueratı, filologiya elmləri doktoru Nikpur Cabbarlı.
****
Doxsanıncı illərin əvvəllərində öz tədqiqatları ilə tanınan mühacirət sevdalıları arasında Abid Tahirli də varıydı və o bu şərəfli və məsuliyyətli yolda bu gün də inamla addımlayır, yorulmadan yazıb-yaradır.
Filologiya elmləri doktoru Şahbaz Şamıoğlu
*
Filologiya elmləri doktoru Abid Tahirlinin gəldiyi nəticəyə görə "Molla Nəsrəddin"in mühacirətdə işıq üzü görən nömrələri mühacir nəşrlərdir" və "Azərbaycan mühacirət mətbuatının tarixi "Yeni Qafqasiya" ilə yox, "Molla Nəsrəddin"in 1921-ci ildə İranda buraxılan Təbriz nömrələri ilə başlanır".
Allahverdi MƏMMƏDLİ, filologiya elmləri doktoru.
****
Abid Tahirli istər elmi əsərlərində,istər publisistik məqalələrində prinsipiallığı ilə seçilən, Azərbaycan mətbuatında özünəməxsus yeri, yazı tərzi, üslubu olan, söz savaşında təpərli söz sahibidir.
BDU-nun professoru Qərənfil DÜNYAMİNQIZI
****
Tanınmış tədqiqatçı Abid Tahirlinin Azərbaycan mühacirət problemi, xüsusilə mühacirət mətbuatı ilə bağlı araşdırmaları ölkəmizdə olduğu kimi, xaricdə də böyük maraq doğurur.
"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Məhəmməd BAHARLI.
****
Elmi tədqiqatını Azərbaycan mühacir irsinin, xüsusən mühacir mətbuatımızın tədqiqinə həsr edən Abid müəllimin nəzəri, təcrübi professionallığı, bəziləri kimi işə həvəskar deyil, əsl sənətkar kimi yanaşması onun hər bir əsərinin əsl səviyyə göstəricisidir.
filologiya elmləri namizədi Bayram AĞAYEV.
****
Əslində, mənim aləmimdə Abid Tahirli dissertasiya yazdı-yazmadı, öz elmi-publisistik fəaliyyəti ilə xalqımızın çox görkəmli simaları ilə müqayisə oluna bilər.
Azərbaycanın Əməkdar mədəniyyət işçisi, "Səhər" qəzetinin baş redaktou Məzahir SÜLEYMANZADƏ.
****
Abid Tahirlinin "Odlar" yurdu"ndakı məqalələrini oxuyandan sonra o qəzetə də, onu yaradan qələm dostlarıma da rəğbətim daha da artdı.
Azərbaycan Respublikasının Əməkdar jurnalisti Əliabbas ƏLİMƏDƏTOĞLU.
****
Abid Tahirli həm də özünün əsl bəndəlik missiyasını şərəflə yerinə yetirir: xeyirxah insandır, hər kəsə kömək əlini uzadandı, məclis adamı, dərd adamıdır, sözü havadan tutmağı bacarandı.
Şair, publisist Ağacəfər HƏSƏNLİ
****
"Sözle Yarananlar, Sözü Yaşadanlar" gelecekte, yakın dönem Azerbaycan tarihi konusunda araştırma yapmak isteyenlerin ve bu dönemde ortaya konulan Türklük mücadelesini merak edenlerin hararetle okuyacakları bir kitaptır.
Prof.dr.Sebahattin ŞİMŞİR.
****
İndi də onun Azadlıq meydanında milyonların qarşısında imperiyanı lənətləyən çıxışı qulaqlarımdadır: "Moskva, SSRİ mətbuatı, televiziyası Xəzərdə neft quyusu fontan vuranda bar-bar bağırır. İndi günlərlə meydanda haqqını tələb edən xalqımızın səsini isə eşitmir, sanki qulaqlarına pambıq tıxanıb. Bizə belə İttifaq lazım deyil...".
"Qızıl kəlmə" mükafatı laueratı, yazıçı, publisist Əkrəm Qaflanoğlu.
****
"Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)" mövzusunda doktorluq dissertasiyasında tədqiqata cəlb edilmiş çoxsaylı mətbu orqanlarında ("Yeni Qafqasya", "Azəri türk", "Odlu yurd", "İstiqlal", "Qurtuluş", "Türk izi", "Qafqaz almanaxı", "Mücahid", "Ana dili" və s.) müxtəlif dövrlərdə nəşr olunmuş materialları səbir və təmkinlə araşdırmağa çalışan müəllif nəinki mühacirət mətbuatının inkişaf mərhələlərini, mühacirət publisistikasının istiqamətlərini, həm də mühacirət publisistikasının sənətkarlıq xüsusiyyətlərini sistemli, ardıcıl və konseptual şəkildə təhlil edə bilmişdir.
Professor Nizami Məmmədov (Tağısoy).
****
Brussel (Tercüman) - Qlasnost və perestroyka işığında əmələ gələn bir qrupla Avropaya gələn Sovet qrupundakı qazeteçi Abid Tahirli ilk iş olaraq Avropada yaşayan azərilərlə türkləri tapıb onlarla dərdləşmək oldu.
Yusif CİNAL
"Tercüman" qəzeti (Türkiyə), 29 noyabr 1989.
****
Gurur duyarak söylemem gerekirse ne kadar zarif ve yüksek seviyede titiz çalışmalar yapdığınızı, Azerbaycana, hatta Tütk dünyasına çok büyük ve degerli hizmet verdiginizi büyük bir zevkle takip ediyor ve dostlarımla paylaşıyorom.
Vekil Umud Mihmandarlı (Almanya).
****
Fakt və hadisələri məharətlə işıqlandırmaq, özünəməxsus publisistik ritmlərlə vermək qabiliyyəti Abid Tahirlinin mühacirətlə bağlı yazılarının təsirli alınmasında və oxucu qəlbinə yol tapmasında mühüm bir amildir.
Pərviz Axundbəyli
*
Azərbaycan mühacirət ədəbiyyatı və mətbuatının istedadlı, fədakar və yorulmaz tədqiqatçısı prof.Abid Tahirlinin elmi, ədəbi, bədii, publisistik yaradıcılığı haqqında həmkarlarının yazıları ciddi, sanballı, dəyərli və mötəbər mənbə, məxəz kimi daim oxunacaqdır!
Akif Cabbarlı,
yazıçı, publisist
Tərtib edən filologiya üzrə fəlsəfə doktoru Esmira Ismayılova
