Azərbaycan balanslaşdırılmış enerji siyasəti yürüdür- ÖZƏL

"Xızı-Abşeron" layihəsi həm də çoxtərəfli beynəlxalq əməkdaşlığın uğurlu nümunəsidir. İnvestor kimi Səudiyyə Ərəbistanının, baş podratçı kimi isə Çinin "Power China" şirkətinin iştirakı göstərir ki, Azərbaycan qlobal iqtisadi və texnoloji şəbəkələrə tam inteqrasiya olunmuş etibarlı platformadır". "Olaylar" xəbər verir ki, bunu YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib: "Cənab Prezidentin "Power China" ilə bağlı səsləndirdiyi fikirlər gələcək perspektivlərə işarədir. Bu şirkət təkcə podratçı yox, gələcəkdə investor kimi də Azərbaycan bazarında yer alacaq. Bu isə artıq Azərbaycana olan inamın institusional səviyyəyə qalxdığını təsdiqləyir. Cənab Prezident İlham Əliyevin çıxışının əsas ideya xəttlərindən biri ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafı idi. Dövlət başçısının Mingəçevirdə istismara verilmiş 2000 MVt gücündə ənənəvi stansiyanı xatırlatması təsadüfi deyil. Mesaj aydındır: Azərbaycan romantik "yaşıl keçid" xülyaları ilə yox, hesablanmış və balanslaşdırılmış enerji siyasəti ilə irəliləyir. Bu gün 10 min MVt-a yaxın generasiya gücünə malik olmaq tarixi rekorddur. Amma bu, son hədd deyil. Cənab Prezidentin dediyi kimi, növbəti illərdə bərpaolunan enerji güclərinin artması həm daxili tələbatı tam ödəməyə, həm də elektrik enerjisi ixracını genişləndirməyə imkan verəcək. Azərbaycanın bərpaolunan enerji potensialı təkcə quru ərazilərlə məhdudlaşmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31