Bu il ali məktəblərə qəbul balı artacaq? – DİM sədri
18 May 2024 11:04 SosialKeçid balları ali məktəbə, ixtisasa uyğun və verilən yerlərə uyğun müəyyənləşir.
Olaylar xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin qabiliyyət imtahanları mərhələsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu il şagirdlərin sayının artması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək:
"Çünki Qarabağ universitetində təhsil almaq çox qürurverici haldır. Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31