Yunus Oğuz ilə BAYOZ MMC arasında müqavilə imzalanıb - ÖZƏL

Özbəkistanın BAYOZ MMC şirkəti yazıçı-publisist Yunus Oğuzla  müqavilə imzalayıb.
Olaylar.az xəbər verir ki, direktor B. Tükliyevin təmsil etdiyi BAYOZ MMC ilə yazıçı- publisist Yunus Oğuz arasında Özbəkistan Respublikasının Mülki Məcəlləsinə və "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanuna uyğun olaraq müqavilə imzalanıb.
Qeyd edək ki, bu müqavilə ilə müəllif özünə məxsus "Əmir Teymur" kitabından istifadə etmək, yeni mülkiyyət hüququnu satmaq və ya başqa yolla vermək yolu ilə əsərin nüsxələrini yaymaq, xüsusi səlahiyyət olmadan hər hansı dövlət orqanında və digər təşkilatlarda əsəri məhkəmədə müdafiə etmək imkanı verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31