“WhatsApp” və “İnstagram”da yeni funksiyalar
14 May 2024 09:49 SosialMeta şirkətinə bağlı "WhatsApp" və "İnstagram" sosial şəbəkələri üzərində yeni funksiyaların tətbiq edilməsi üçün işlər aparılır.
Olaylar bildirir ki, "WhatsApp"da başqasının profil fotosunun ekran görüntüsü alınması məhdudlaşdırılacaq. Xatırladaq ki, bu funksiya bir dəfəlik göndərilən fotolar üçün də tətbiq edilmişdi.
"İnstagram" da buna bənzər funksiya üzərində çalışır. Belə ki, hekayə bölümündə edilən paylaşımların ekran görüntüsü alınarsa, bu zaman hesab sahibinə bu haqda məlumat verilməsi planlaşdırılır. (olay)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31