Apreldə yumurta 14 faiz ucuzlaşıb
13 May 2024 15:45 Sosial2024-cü ilin aprelində toyuq yumurtasının qiyməti mart ayına nisbətən 14,3 faiz azalıb.
Olaylar.az rəsmi məlumatlara istinadən xəbər verir ki, martda yumurtanın orta qiyməti 19,4 qəpik olub.
Amma apreldə qiymət xeyli azalaraq 16,6 qəpiyə düşüb. Yumurtanın qiymətinin azalması mövsümi amillərlə əlaqələndirilir. Yaz mövsümündə toyuqlar daha çox yumurtalayır, amma yumurta istehlakı azalır. Bu səbəbdən yaz mövsümündə qiymətlərdə azalma müşahidə edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31