Azərbaycanda boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir.

Olaylar xəbər verir ki, bu barədə məsələ "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur.

Yeni maddəyə əsasən, bu rüsumun 15 dollar olması təklif edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31