Rayonlarda hava yağıntılı olacaq
12 Aprel 2024 15:20 SosialAprelin 14-ü gündüz şimal və qərb rayonlardan başlayaraq 15-i gündüzədək bəzi yerlərdə arabir yağıntı olacağı gözlənilir.
Olaylar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə, xüsusilə də Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan Muxtar Respublikası, Balakən-Şəki, Quba-Qusar və Mərkəzi Aran rayonlarında yağışların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərə qar yağacağı ehtimalı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31