Qarqarçaydan sel keçir (FOTO)

Son günlər ölkə ərazisində havanın yağıntılı keçməsi səbəbindən çaylarda sululuq artıb.

Olaylar.az Trend-in Qarabağ bürosuna istinadən xəbər verir ki, ötən günlərdə Qarabağın dağ və dağətəyi ərazilərində yağışlı hava şəraiti mənbəyini Qarabağ dağlarından götürən Qarqarçayında sel sularının gəlməsinə səbəb olub.

Hazırda Qarqarçay çayının Ağdam rayon ərazisindən keçən hissəsindən sel keçir.

Qeyd edək ki, aprelin 12-si saat 10:00-a olan məlumatına əsasən, bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub.

Qarqarçaydan sel keçir (FOTO)

Qarqarçaydan sel keçir (FOTO)
Qarqarçaydan sel keçir (FOTO)
Qarqarçaydan sel keçir (FOTO)
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31