Bakıda şirkət vətəndaşlara Avropada iş vəd edərək aldadır? - VİDEO

Kimi 2500, kimi 3000 kimi isə daha çox məbləğdə pul ödəyib. Lakin heç biri işlə təmin edilməyib.

Olaylar.az bildirir ki, bu iddianı "Xəzər Xəbər"ə müraciət edən onlarla şəxs səsləndirib.

Onların iddialarına görə, Avropa ölkələrində işlə təmin edilmək üçün Bakıda fəaliyyət göstərən "Avion" adlı şirkətə minlərlə manat pul ödəyiblər.

Lakin sözügedən şirkət onları yalan vədlərlə aldadıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31