Şəhid anası vəfat etdi - FOTO
9 Aprel 2024 10:31 SosialVətən müharibəsi şəhidi gizir Faiq Vəlizadənin anası dünyasını dəyişib.
Olaylar xəbər verir ki, şəhidin anası Göyçək Hacıağayeva Zərdab rayonunda xəstəlik səbəbindən vəfat edib.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü Faiq Vəlizadə 2020-ci ilin oktyabrın 17-si Suqovuşan istiqamətindəki döyüşdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31