Ermənistanda hərbi kursantın ölümündə ittiham olunan 4 nəfərin cəzası ağırlaşdırılıb

Ermənistanda hərbi kursant Aykaz Barseqyanın ölümündə ittiham olunan 4 nəfərin cəzası ağırlaşdırılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Hərbi Prokurluğu məlumat yayıb.

Məlumata görə, sözügedən şəxslər 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Barseqyan 2015-ci il yanvarın 29-da hərbi hissənin yataq otağında xüsusi amansızlıqla qətlə yetirilib. Qətli törətməkdə təqsirli bilinən şəxslər barəsində o zaman 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31