Bakıda müğənni küçənin ortasına döşək atıb “yatdı” - VİDEO-FOTO
8 Aprel 2024 10:09 SosialPaytaxt Bakıda qəribə görüntü insanların marağına səbəb olub.
Olaylar.az xəbər verir ki, gənc müğənni Seva Qasan şəhərin fərqli-fərqli ərazilərində yerə matras ataraq "yatıb".
Yolun hərəkət sahəsində də eyni hərəkəti təkrarlayan müğənninin etdikləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Etdiklərini lentə aldıran ifaçı şəhər sakinlərinin təəccübünə səbəb olub.
Qeyd edək ki, sözügedən müğənni bundan öncə dəfələrlə bu kimi addımları ilə diqqətləri üzərinə cəmləməyi bacarıb. Belə ki, bir neçə həftə öncə Seva Qasan çiy ətdən don geyinərək şəhərin mərkəzi küçələrində gəzib. (milli.az)
Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31