Elekton siqaret çəkməyin TƏHLÜKƏLƏRİ
6 Aprel 2024 14:16 SosialSon dövrlər elektron siqaret istifadəçilərinin sayında xeyli artım müşahidə olunur. Elektron siqaretlərin tərkibində müəyyən dadlandırıcılar olduğundan nikotin aludəçisinin üzərindən pis qoxu da gəlmir.
Bəs, sözügedən cihazın üstünlükləri, yoxsa zərərləri daha çoxdur?
Elektron siqaret aludəçisinin buraxdığı buxar ətrafdakılar üçün təhlükəsizdir. Çünki onun tərkibində heç bir yanan maddə yoxdur. Ancaq bu cihazın sizin orqanizminizə zərər verməyəcəyini düşünmək olmaz.
Tərkibində nikotin olan hər bir cihaz və tütün məmulatı zərərlidir. Əsas da elektron siqaretlərdən istifadə ürək xəstəliyinin yarnmasına yol açır.
Həkim Emin Hacıbalayev aztv-yə bildirib ki, elektron siqaretlərdə nikotindən əlavə olan maddələr ağciyər xərçəngini yarada bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31