Sosial ödəniş və müavinətlərin məbləğində dəyişiklik olacaq? - RƏSMİ AÇIQLAMA

Bu ilin dövlət büdcəsi xərclərinin 43 faizi sosial yönümlü xərclərə sərf edilməsi nəzərdə tutulub.

Olaylar xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

O qeyd edib ki, büdcə xərclərinin demək olar yarısı sosial sahəni əhatə edir.

"Sosial sahədə davamlı islahatlar həyata keçiriləcək. İnanırıq ki, cari və növbəti illərdə də sosial ödənişlərin məbləğlərində artımlar ediləcək. Bununla bağlı öncədən məlumat vermək düzgün olmazdı", - deyə H.Məmişov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31