Azərbaycanda apellyasiya məhkəmələrinə yeni hakimlər TƏYİN EDİLİR

Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilir.

Olaylar xəbər verir ki, bununla bağlı qanun layihələri Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Həmin qanun layihələri aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakiminin təyin edilməsi haqqında.
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31