Sabah bu ərazilərdə qaz olmayacaq
4 Aprel 2024 19:32 SosialSabah Biləsuvar rayonunun 19 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
Olaylar.az report-a istinadən xəbər verir ki, Biləsuvar qaz paylayıcı stansiyadan qidalanan daşıyıcı kəmərdə yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar 19 yaşayış məntəqəsi olmaqla 16 min abonentin qaz təchizatı sabah saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31