Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
4 Aprel 2024 16:52 SosialAprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31