Toy və yas mərasimlərində israfçılığı necə aradan qaldırmaq olar?- ÖZƏL
4 Aprel 2024 10:03 Sosial"Bu gün ölkəmizdə toy və yas mərasimlərində israfçılıq ən pik həddə çatıb. Yaxın dünyasını dəyişən insan bilmir dünyasını dəyişən insan üçün yas tutsun, yoxsa məclis təşkil etmək üçün yer axtarsın. Dəfələrlə bu məsələyə həm Milli Məclisdə həm də mediada geniş toxunmuşam". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, bu məsələnin iki həlli yolu var: "Ya hüquqi baza yaradıb onun əsasında prosesi tənzimləməli, ya da insanların özləri şüurlu səviyyədə bu prosesə getməlidirlər. Əks halda, cəmiyyət uzun illər bu problemdən əziyyət çəkəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31