"Açıqlama verməyim qadağandır, çünki..." - Çinarə “Galatasaray”ın futbolçusu ilə nişanlanıb?
3 Aprel 2024 14:30 SosialMüğənni Çinarə Məlikzadənin "Galatasaray"ın futbolçusu ilə nişanlandığı iddia olunub.
Olaylar.az yazır ki, bu barədə "Rəngarəng səhər" verilişində danışılıb.
Aparıcı Zaur Nəbioğlu qonağı olan Məlikzadəyə "Redaktorumuz deyir ki, Çinarə "Galatasaray"ın futbolçusu ilə nişanlanıb. Düzdür" sualını verib.
Müğənni isə gülərək "Bu xəbəri sizə kim deyib? Nə təsdiq edirəm, nə inkar. Çünki ürəyim belə istəyir. Açıqlama verməyim qadağandır", - deyə, vurğuılayıb. (olay)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31