Buraxılış imtahanında iştirak edən 16 nəfərin nəticəsi ləğv edildi

Martın 3-də keçirilmiş buraxılış imtahanında iştirakı nəzərdə tutulan 52267 nəfərdən 474 nəfər imtahana gəlməyib.

Bu barədə  DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan qaydalarını pozduğu üçün 16 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31