Saxta yollarla əlillik əldə edənlər sistemdən uzaqlaşdırılıb - Nazir

Saxta yollarla əlillik əldə edən vətəndaşların əksəriyyəti sistemdən uzaqlaşdırılıb.

Olaylar xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu sahədə çox ciddi islahatlar aparılır.

"Bu gün haqqı çatan insanların əlilliyini almasında hər hansı ciddi bir problem görmürük. Bir çox hallarda müraciətlər olur. Qiymətləndirmələr aparılır.

Hər xəstəlik əlillik deyil. Əmək qabiliyyətinə, özünə və həyat qəbiliyyətinə ciddi təsir edən xəstəlik əlillik sayılır", - deyə S.Babayev əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31