Son 3 ayda bağçalarda 282 yeni tərbiyəçi-müəllim işə qəbul olub

Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 282 yeni tərbiyəçi-müəllim işə qəbul olub.

Olaylar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir.

Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31