Evdən çıxarılan alim: Ölkə gündəminə düşən şəxs kimdir?

Xəbər verdiyimiz kimi, tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. 

Qonşularının Ölkə.Az-a dediyinə görə, F.İsmayılov 1 ildir, kirayə ödənişi etməyib.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Məlumata görə, ev yiyəsi F.İsmayılova başqa bir neçə ev göstərərək ora köçməyi təklif etsə də, alim razılaşmayıb.

Alimlə bağlı məlumat almaq üçün Azərbaycan Milli Elmlər Akademiyası ilə əlaqə saxladıq.

Qurumda F.İsmayılov adında alimin çalışmadığı bildirildi. Qeyd olundu ki, F.İsmayılov Müdafiə Sənayesi Nazirliyində çalışır.

Məlum oldu ki, Müdafiə Sənayesi Nazirliyində çalışan Fazil İsmayılov başqa şəxsdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31