Bu gecə ölə bilər!-Söhbət professor Fazil Qaraoğlu İsmayılovdan gedir


Professor Fazil Qaraoğlu İsmayılov 14 il Ankarada Gazi Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma aparmaq icazəsi alıb.

"Ermənilər və Həqiqətlər- sənədlərdə" mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cildə kitab yazıb və nəşr elətdirib. Bunla da başına bəla açıb. Ermənilər ölümlə hədələməyə başlayıb. Türk dövləti tərəfindən xüsusi qorunmaya alınıb. Təhlükəsizliyini təmin etmək üçün Bakıya qayıdır. 17 ildir kirayələrdə yaşayır.
Müqəddəs Quran kitabını ilk dəfə hər iki dilə, həm Azərbaycan həm də rus dilinə çevirən tək mütərcimdir.
Bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci vətəndaşımızdır. Böyük Millət Məclisinin bu barədə təşəkkür məktubu var. Tərcümə etdiyi Quran kitabında 500 ədəd Heydər Əliyev Fonduna bağışladığı üçün Anar Ələkbərovun xüsusi təşəkkür məktubu var.
Ensiklopedik biliyə sahib olan millətçi bir alimdir.

Təqribən 10 il əvvəl Fazil Qaraoğlu yanıma gəlmişdi, Quran kitabının tərcüməsini verdi ki, nəşr hüququ səndədir. Mən də 2 il qabaq nəşr edə bildim. Adını eşidəndə getdim yanına, halını belə gördüm. Yaşadığı mənzilin kirayə haqqını verə bilmədiyindən atıblar küçəyə. İstədim özümlə aparım, oteldə yer təklif etdim "əl yazmalarımı, illərcə topladığım sənədləri burda qoyub gedə bilmərəm" deyir. Artıq 4 gecədir küçədə gecələyir. Yasamal İcra hakimiyyətinin qonşuluğunda. İcra nümayəndəsi deyib ki, yer tap köç, kirayənin yarı haqqını biz ödəyərik.

Mən bu müqəddəs Ramazan günlərində imkanlı şəxslərə səslənirəm, müqəddəs Quran kitabını iki dilə çevirən 77 yaşlı bir alimin küçədə ölməsinə imkan verməyin. Fazil bəy çox istiqanlı, elədiklərini gözə soxmayan, son dərəcə nəcib bir insandır. Amma bu nəcib insanı məhz elə bu gecə itirə bilərik.
Ona mütləq ev verilməlidir, o yaşamalıdır.

Kömək etmək istəyənlər üçün kart nömrəsi 4098584496454826Leo Bank

Bu barədə  öz  instaqram  səhifəsində  Şahbaz  Xuduoğlu  paylaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31