Xəstəxananın həyətindən 33-36 həftəlik döl tapıldı - prokurorluq araşdırma aparır - YENİLƏNİB
27 Mart 2024 19:01 Sosial18:55
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.
Olaylar.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb mərkəzinin ictimaiyyətlə əlqaqələr şöbəsindən bildirilib.
Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib, hadisəyə müvafiq hüquqi qiymət veriləcək.
Qeyd edilib ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
------------
18:21
Prokurorluq Sumqayıtda uşaq xəstəxanasının həyətində körpə meyitinin tapılması faktını araşdırır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
-----------
17:35
Sumqayıtda uşaq xəstəxanasının həyətindən yeni doğulmuş körpənin meyiti tapılıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb.
Körpənin 6-7 həftəlik olduğu təxmin olunur.
Meyit ərazidən götürülərək təhvil verilib.