Xəstəxananın həyətindən uşaq meyiti tapıldı - prokurorluq araşdırma aparır - YENİLƏNİB
27 Mart 2024 18:35 Sosial18:21
Prokurorluq Sumqayıtda uşaq xəstəxanasının həyətində körpə meyitinin tapılması faktını araşdırır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
17:35
Sumqayıtda uşaq xəstəxanasının həyətindən yeni doğulmuş körpənin meyiti tapılıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb.
Körpənin 6-7 həftəlik olduğu təxmin olunur.
Meyit ərazidən götürülərək təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31