Bu ərazidə qaz olmayacaq

"Nardaran QPS kollektor" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəmərində aşkar olunmuş qeyri-qanuni qoşulmanın ləğv olunması məqsədilə martın 27-də saat 12:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Olaylar.az-a verilən məlumata görə, təmir-bərpa işləri görülən müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31