“WhatsApp"dan istifadəçilərini sevindirəcək YENİ FUNKSİYA - Artıq SİLƏ BİLƏCƏKSİNİZ
27 Mart 2024 13:01 Sosial"Whatsapp"da səhvən göndərilmiş videoları silmək mümkün olacaq.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, "Whatsapp" videoları geri çəkməyə imkan verən yeni funksiya tətbiq edəcək.
"WhatsApp" tərtibatçıları videonun necə geri çəkiləcəyini də açıqlayıblar. Məlumata görə, videonu geri çəkmək üçün ekranın kənarına iki dəfə toxunmaq lazımdır.
Mütəxəssislər vurğulayıblar ki, bu funksiyadan hələ ki "iOS" əməliyyat sistemi əsasında işləyən smartfon sahibləri istifadə edə bilərlər.
Bildirilir ki, funksiya yaxın gələcəkdə bütün istifadəçilər üçün əlçatan olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31