Bakıda evə neft axır - VİDEO

Bakının Binəqədi rayonu, "Mədən - 2" adlanan ərazidə evin zirzəmisinə neft dolub. Mənzilin otaqlarını kəskin qoxu bürüyüb.

Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, ev sahibi Rövşən Qasımov iddia edir ki, mənbəyi bilinməyən neftin zirzəmiyə dolması nəticəsində evdə təhlükəli vəziyyət yaranıb.

Onun sözlərinə görə, evə bir neçə dəfə aidiyyəti qurumlar tərəfindən baxış keçirilsə də, ona nəticə ilə bağlı məlumat verilməyib.

R.Qasımov ümid edir ki, problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən ona qısa müddətdə köməklik göstəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31