Əlilliyi olan uşaq və gənclərlə bayram tədbiri

Martın 24-də "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İctimayi Birliyinin təşəbbüsü ilə Tonqal restoranında həssas təbəqədən olan uşaqlar üçün Novruz şənliyi təşkil olunub. Millət vəkilləri, Əməkdar jurnalist Mətanət Ağamirli, dosent, tibb üzrə fəlsəfə doktoru  Afət Həsənova, 28 qat dünya çempionu Eduard Məmmədov və  sənətçilər tədbirə qatılıblar. Çağırışa qoşulan ictimaiyyət nümayəndələri, ziyalılar, sənətçilər uçaqların Bahar bayramını təbrik edərək ölkəmizdə həssas kateqoriyadan olanlara göstərilən qayğıdan, onların cəmiyyətə inteqrasiya olunması üçün görülən işlərdən və bu sahədə həyata keçirilən tədbirlərdən bəhs ediblər. Bildirilib ki, orta əsrlərdən günümüzə gəlib çatmış qədim Novruz bayramı xalqımızın milli sərvətidir və uşaqlara bu bayramı yüksək əhvali-ruhiyyə ilə, sevinclə, yaddaqalan  yaşatmaq özü bir dəyərdir,  xalqımızın humanizm, sevgi, mərhəmət ənənəsidir.  Tədbirdə çıxış edən "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İctimayi Birliyinin sədri üçqat dünya, dördqat avropa çempionu, paraolimpiyaçı Aynur Məmmədova təşkilatçılar adından tədbirin keçirilməsinə maddi və mənəvi dəstək verən milllət vəkillərinə, ziyalılara,  Tonqal restoranının,  Ləzzət kulinariya evinin, içməli su və sərinləşdirici içkilər istehsalçısı TAC MMC şirkətinin rəhbərliyinə xeyriyyə tədbirinə göstərdiyi isti münasibətə, dəstəyə görə vətəndaş cəmiyyəti adından minnətdarlığını bildirilib.  Şənlik boyu Novruzun əsas personajları sayılan Keçəl və Kosa uşaqları əyləndirib, incəsənət ustaları, tanınmış sənətçilərin musiqi nömrələri ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31