İlin ilk Ay tutulması başladı
25 Mart 2024 10:15 SosialBu ilin ilk Ay tutulması başlayıb. Bu hadisə yarımkölgəli Ay tutulmasıdır.
Bu barədə Olaylar-a Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.
Məlumata əsasən, Bakı vaxtı ilə saat 08:53-də başlayan tutulma hadisəsi saat 13:32-də sona çatacaq. Tutulmanın maksimumu saat 11:13-də olacaq.
Tutulma Amerika, Antarktida, Alyaska və Rusiyanın şimal-şərqi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdə görünür. Tutulma Azərbaycandan müşahidə olunmur, çünki Ay həmin vaxt üfüqün altında olur. Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur. Belə ki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31