Roza Zərgərli Röya üçün qurban kəsdirdi
23 Mart 2024 20:22 SosialMüğənni Roza Zərgərli Moskvada baş verən terror aktından qurtulan Xalq artisti Röya Ayxan və onun komandası üçün qurban kəsdirib.
Olaylar.az musavat.com-a istinadla bildirir ki, bu barədə müğənni sosial şəbəkədə məlumat yayıb.
"Dünən çox qorxdum. Sağ-salamat qayıdın evə, uşaqlar. Qurbanınızı da kəsdim, indi göndərəcəm paylasınlar. Yaxşı ki, sağ-salamatçılıqla qurtardı. Allah orada ölənlərə də rəhmət etsin, nə olsun başqa dindəndirlər. Heç xoş bir hadisə deyil. Onun travması hələ çox uzun çəkəcək. Keçmiş olsun. Biz də stress keçirdik",-deyə müğənni qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31