Şuşa həbsxanası sökülür - VİDEO

Azərbaycanlıların ermənilər tərəfindən ağır işgəncələrə məruz qaldığı Şuşa həbsxanası sökülür.

Olaylar.az xəbər verir ki, bu barədə "Bez tormozov" Teleqram kanalı məlumat yayıb.

Qeyd edək ki, həbsxana 1848-ci ildə Xurşidbanu Natəvanın vəsaiti hesabına inşa edilib.

Həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulsa da, sonradan bu say min nəfər məhbusadək artırılıb.

Sovet hakimiyyəti illərində qapalı tipli cəza çəkmə müəssisə kimi fəaliyyət göstərib. Əsasən ağır cinayət törətmiş məhbusların saxlanma yeri olub.

Şuşa həbsxanasının 99 kamerası olub ki, bunların 96-da dustaqlar qalıb, 3-ü isə cərimə otağı kimi istifadə olunub.

1992-ci il may ayının 8-də Şuşa şəhəri işğal olunan zaman həbsxana da Ermənistanın nəzarətinə keçmişdi. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri azad edilərkən həbsxana yenidən Azərbaycanın nəzarətinə qayıtdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31