Xalq artisti vəsiyyətini açıqladı
21 Mart 2024 18:07 SosialXalq artisti Nürəddin Mehdixanlı vəsiyyətini açıqlayıb.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, aktyor bu haqda "Rəngarəng səhər" verilişində danışıb. O bildirib ki, dəfn olunması ilə bağlı vəsiyyət edib:
"Heç vaxt heç kimdən minnət götürmədim. Evdə vəsiyyət etmişəm ki, öldüyüm gün məni götürüb birbaşa kəndimizə aparın. Orada atamın yanında yer var, orda dəfn edin. Mən ancaq ata və anamın yanında rahatlıq tapa bilərəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31