Bakıda taksi qiymətləri iki dəfə bahalaşdı - FOTO

Bakıda taksi qiymətləri bahalaşıb. 

Olaylar.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir.

Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər.

Adi günlərdə ünvandan asılı olaraq 4-5 manata başa gələn gediş haqqı hazırda 8-10 manat təşkil edir.

Tıxaca səbəb isə bayramla əlaqədar nəqliyyat axınının artması göstərilir.

Məqaləyə dair fotomateriallar:

  •  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31