Bayram günlərində bölgələrdə hava necə olacaq?

Bayram günlərində bölgələrdə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorolgiya Xidmətindən   bildirilib ki, Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5 ° isti, gündüz 6-11° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.

Şərqi Zəngəzurda - Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-4° isti, dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 3-8° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Mingəçevir, Şamaxı rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 2°şaxtdan 3°-dək isti, gündüz 3-7° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 21-i gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-12° isti olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31