“Uber” razılaşdı: taksi sürücülərinə bu qədər pul verəcək
18 Mart 2024 19:08 SosialAvstraliyada qlobal taksi tətbiqi "Uber" taksi və şəxsi avtomobil sürücülərinin iqtisadi itkilərini ödəmək üçün təxminən 178 milyon dollar ödəməyə razılaşıb.
Olaylar.az publika.az-a istinadən xəbər verir ki, ölkədə taksi və şəxsi avtomobil sürücüsü kimi çalışan 8 mindən çox insanı təmsil edən vəkillər 2019-cu ildə "Uber"ə qarşı açılan iddia ilə bağlı açıqlama verib.
Hüquqşünaslar şirkətin uzun müddət bu itkiləri ödəməkdən çəkindiyini, lakin nəhayət razılıq əldə edildiyini bildiriblər.
Məbləğin ödənilməsi üçün Ali Məhkəmənin razılığı tələb olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31