Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması qaydaları dəyişdi
18 Mart 2024 18:12 SosialNazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarında dəyişiklik edilib.
Olaylar.az xəbər verir ki, qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkəyə idxal edilən RV-lər barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya sistemlərindən aşağıdakı məlumatları real vaxt rejimində əldə edir:
-. məhsulun bəyan edilmə tarixi;
-. məhsulun xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu;
-. məhsul partiyasının qeydiyyat kodu;
-. məhsulun təsviri;
- məhsulu idxal edən şəxs barədə məlumat (hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31