Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddi və əməkhaqqı fondu artırılıb
18 Mart 2024 18:11 SosialBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddi və əməkhaqqı fondu artırılıb.
Olaylar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, işçilərin say həddi 20-dən 32-yə yüksəldilib. Əməkhaqqı fondunun məbləği isə 38 547 manatdan 53 min 365 manata qaldırılıb.
Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31