“Bakcell”ə kommunikasiya direktoru təyin edilib
15 Mart 2024 18:05 Sosial"Bakcell"ə yeni ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktor təyin edilib.
Bu vəzifə Aysel Süleymanovaya həvalə olunub.
Aysel Süleymanova "Bakcell"ə qoşulmazdan öncə Azərbaycanın milli aviadaşıyıcısı AZAL-da kommunikasiya direktoru və "PwC Azərbaycan" beynəlxalq konsaltinq şirkətində marketinq və kommunikasiya rəhbəri kimi fəaliyyət göstərib.
Aysel Süleymanova, eyni zamanda, "AmCham Azerbaijan"da Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin qurucusu və sədridir.
Bakcell şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31