Azərbaycandan dəmir yolu nəqliyyatı ilə sərnişindaşımaları artıb
15 Mart 2024 14:22 SosialAzərbaycandan dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-fevral aylarında 3 milyon ton yük, 1 261,5 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən Olaylar-a verilən məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2,7%, sərnişin daşınmasında isə 30,8% artım müşahidə olunub.
"Orta hesabla sutkada 363 vaqon yüklənilib, 415 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,5 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib", - məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31