Yaşa görə aylıq müavinət alanların sayı AÇIQLANIB
15 Mart 2024 13:16 Sosial2024-cü ilin fevral ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 147 min nəfərdən çox olub.
Dövlət Sosial Müdafiə Fondundan Olaylar.az-a verilən xəbərə görə, onların 29,1%-ni kişilər, 70,9%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında Azərbaycan Respublikası üzrə yaşa görə aylıq sosial müavinət alanların sayı 142 min nəfərə yaxın olub.
Onların 27,0%-ni kişilər, 73,0%-ni isə qadınlar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31